Ru
17:36 / 10 Dekabr 2025

Yeni icra başçısı daha bir məmuru işdən çıxardı

Yeni icra başçısı daha bir məmuru işdən çıxardı
Eye

Göygöl Rayon İcra Hakimiyyətinin daha bir əməkdaşı vəzifəsindən azad edilib.

Bakupost.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı Vüqar Novruzov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov da vəzifəsindən azad olunub.

Xatırladaq ki, daha əvvəl isə həmin şöbənin baş məsləhətçisi Şaiq Qənbərli ötən həftə vəzifəsindən azad edilib. Hələlik sözügedən vəzifələrə təyinat olmayıb və hazırda həmin şöbədə cəmi bir əməkdaş Baş məsləhətçi postunda fəaliyyət göstərir.

Qeyd edək ki, V.Novruzov noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar