İstanbulda Türkiyə İxracatçılar Assambleyasının idarə heyətinin üzvü və İstanbul Sənaye Palatasının vitse-prezidenti Adnan Dalğakıranın doğum günü mərasimində qalmaqal baş verib.
Bakupost.az xəbər verir ki, 25 yaşlı rusiyalı modeli Mariya Avdienko mərasimdə hücuma məruz qalıb.
Avdienko bildirib ki, sosial şəbəkədə tanış olduğu gənc onu iş adamının doğum gününə dəvət edib. Modelin sözlərinə görə, Dalğakıranın ziyafətdə ona maraq göstərməsi başqa bir qadının – Büşranın xoşuna gəlməyib. Qeyd edək ki, söhbət 2022-ci ildə “Miss Türkiyə” müsabiqəsinin qalibi, milli kikboks yığmasının üzvü Büşra Qaraqaşdan gedir.
Rusiyalının iddiasına görə, o və iş adamı bağda tək qalmaq istəyəndə, Büşra modelə hücum edib. O, Mariyanın saçını yolub və başına zərbələr vurub. Zərərçəkmiş qeyd edib ki, bu zaman kənardan tamaşa edən iş adamı hadisəyə müdaxilə etməyib. Mariya hücum edən qadın iş adamının sevgililərdən biri olduğunu deyib.
Mariyanın sözlərinə görə, ziyafəti tərk edən sonra onda baş ağrısı, ürəkbulanma və qusma baş verib. O, hadisə ilə bağlı Türkiyə prokurorluğuna müraciət edərək iş adamı və onun sevgilisinin məsuliyyətə cəlb edilməsini tələb edib. Mariya hesab edir ki, hücum əvvəlcədən planlaşdırılıb.
Rus modelin iddialarına cavab verən Büşra Qaraqaş bildirib ki, Avdienko doğum günü ziyafətinə dəvət edilmədiyi halda zorla içəri girib və gizli çəkiliş aparıb. “Miss Türkiyə”nin sözlərinə görə, üzərində gizli kamera tapılan Mariyadan tədbiri tərk etməsi istənilib, lakin o, aqressiv davranıb və çölə çıxmamaq üçün müqavimət göstərib. Hətta ziyafətdən çıxma qarşılığında pul tələb edib.
Büşra qeyd edib ki, heç bir şiddət və ya döyülmə hadisəsi baş verməyib: " Polis hadisə yerinə gəlib, tərəflər arasındakı məsələ hüquqi yolla həll olunub. Kameralarda və rəsmi hesabatlarda döyülmə və ya zorakılıq faktları yoxdur".
Qaraqaş bildirib ki, hadisə ilə bağlı bütün hüquqi prosedurlar İstanbul Baş Prokurorluğu tərəfindən aparılır və həqiqət məhkəmə prosesində üzə çıxacaq.
Cavid, BakuPost