Ru
20:12 / 10 Dekabr 2025

Bakıda daha bir məşhur bazar SÖKÜLÜR - Aprelə qədər vaxt verildi

Bakıda daha bir məşhur bazar SÖKÜLÜR - Aprelə qədər vaxt verildi
Eye

Babək prospektində fəaliyyət göstərən və "Təkər aləmi" kimi tanınan bazarda söküntü işlərinə başlanılıb.

Bakupost.az milli.az-a istinadən xəbər verir ki, uzun illərdir çalışan təxminən 100-ə yaxın sahibkar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıb.

Sahibkarlara ərazini boşaltmaları üçün aprelin 30-na qədər vaxt verilib.

Məlumata görə, söküntüdən sonra bazarın yerində ehtiyat hissələri üzrə yeni obyektlər inşa ediləcək. Tikinti başa çatdıqdan sonra sahibkarların yenidən əvvəlki yerlərinə qayıda biləcəyi qeyd olunub.

Ərazi özəl mülkiyyətdədir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar