Ru
17:15 / 13 İyul 2025

Avtomobil kanala düşdü: - İçindəkilər hamısı öldü

Avtomobil kanala düşdü:  - İçindəkilər hamısı öldü
Eye

Salyanda avtomobilin su kanalına aşması nəticəsində üç nəfər ölüb.

Bakupost.az xəbər verir ki, hadisə Parça Xələc kəndində qeydə alınıb.

Rayonun Seyidan kəndindən Gəncəli kəndinə doğru hərəkətdə olan QAZ-31 markalı avtomobil yolun kənarındakı su kollektoruna düşüb.

Qəza nəticəsində Gəncəli kənd sakinləri 1971-ci il təvəllüdlü Qafarov Sərraf Abbasağa oğlu, 1989-cu il təvəllüdlü Dəmirov Camal Mürşüd oğlu və 1987-ci il təvəllüdlü Həsənov Ramiq Vahil oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar