Ru
23:16 / 08 İyul 2024

Aysel Murad Adıgözəlzadədən boşanır?

5084
"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Teymurzadə) həyat yoldaşı, Xalq artisti Murad Adıgözəlzadədən ayrılması ilə bağlı xəbərlər yayılıb.

Bakupost.az demokrat.az-a istinadən xəbər verir ki, bununla bağlı Aysel Teymurzadənin boşanma ərizəsi ilə mediasiyaya müraciət etdiyi iddia olunur.

Məlumata görə, bir neçə müddətdir Aysel Teymurzadə və Murad Adıgözəlzadə ayrı yaşayırlar.

Məsələ ilə bağlı Murad Adıgözəlzadə telefon zənglərinə cavab verməyib, Aysel Teymurzadə isə suala cavab verməkdən imtina edib və dəstəyi asıb.

Qeyd edək ki, Aysel və Murad cütlüyünün 3 övladı var.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər