Ru
18:31 / 30 Oktyabr 2024

Azər Baxşəliyevə böyrək köçürüləcək

Azər Baxşəliyevə böyrək köçürüləcək
Eye

Aktyor Azər Baxşəliyev yenidən əməliyyat olunacaq.

Bakupost.az xəbər verir ki, aktyor bu haqda "İncə səhər" verilişində deyib. O bildirib ki, böyrək transplantasiyası etdirəcək:

"Az qalıb, həll olunmalıdır. Böyrəyimdə problem var idi, əməliyyat olunmuşdum. Son günlər həmin problem yenidən yarandı. Bu dəfə də əməliyyata gedəcəyəm. Bu, son olacaq. Böyrək köçürülməsi olunacaq".

Qeyd edək ki, Azər Baxşəliyev uzun illərdir böyrək çatışmazlığından əziyyət çəkir. O, bir müddət əvvəl donor axtardığını deyib.

"2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Amma yenə də böyrək problemim var" deyə Azər bildirib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar