Ru
20:38 / 18 İyun 2025

Azər Qasımlının cinayət işi üzrə məhkəmə iclası təxirə salındı

Azər Qasımlının cinayət işi üzrə məhkəmə iclası təxirə salındı
Eye

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutmayıb.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə başlayan prosesdə anket məlumatları dəqiqləşdirilib.

Prosesdə Azər Qasımlının vəkilləri iştirak etməyiblər. Ona ittihamla bağlı sənədlər də beş gün öncə verildiyi üçün iclas təxirə salınıb. Belə ki, Cinayət Prosessual Məcəlləsinə görə, həmin sənədlərin verilməsindən yeddi gün keçməlidir.

Hazırlıq iclası iyunun 25-nə təyin edilib.

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar