Ru
23:47 / 18 İyun 2025

İran ABŞ-a nota verdi

İran ABŞ-a nota verdi
Eye

ABŞ-ın maraqlarını təmsil edən İsveçrə səfiri Nadine Lozano İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Mehr”agentliyi məlumat yayıb.

Məlumata görə, İran tərəfi Lozanoya ABŞ Prezidenti Donald Trampın son bəyanatları ilə bağlı etiraz notası təqdim edib. Sənəd dərhal ABŞ hökumətinə təhvil verilməlidir.

Qeyd edək ki, bundan əvvəl Tramp İrana qarşı səbrinin artıq tükəndiyini, İran xalqının müharibəyə qarşı möhkəm dayandığını deyən İran ali dini lideri Seyid Əli Xameneniyə “uğurlar” arzulamışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar