Ru
20:30 / 18 İyun 2025

ABŞ-nin azərbaycanlı gənc həkimi: "Bakını buna görə tərk etdim" - VİDEO

ABŞ-nin azərbaycanlı gənc həkimi: "Bakını buna görə tərk etdim" - VİDEO
Eye

Bakupost TV-də yayımlanan “Saturasiya” verilişinin qonağı ABŞ-ın Texas ştatında fəaliyyət göstərən tanınmış azərbaycanlı LOR və baş-boyun cərrahı, akademik Dr.Yusif Hacıyev olub. Verilişi uzman doktor Turanə Rəsulova aparıb.

Veriliş zamanı Dr.Hacıyev Azərbaycandan köçmək səbəbləri, ABŞ-da həkim və pasiyent hüquqları, səhiyyənin təşkili, Azərbaycanla fərqlər, müəllim kimi fəaliyyəti, gələcək planları və Azərbaycan səhiyyəsində dəyişikliklərin zəruriliyi barədə danışıb. O bildirib ki, ABŞ-da sağlamlıq sistemində şəffaflıq, hüquq və etik prinsiplərə hörmət üstünlük təşkil edir, bu da həkim-pasiyent münasibətlərində etimadı gücləndirir.

Dr.Hacıyev həmçinin vurğulayıb ki, ABŞ ona yalnız peşəkar inkişaf imkanı deyil, həm də həyat xoşbəxtliyi bəxş edib.

Verilişdə həmçinin həkimin elmi və pedaqoji fəaliyyəti, Azərbaycan səhiyyəsində görülməsi vacib olan islahatlara dair fikirləri də geniş müzakirə olunub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar