Ru
23:18 / 01 İyun 2026

Azərbaycan bu sahədə kəskin gerilədi, Ermənistan isə rekord vurdu - Nə baş verir?

Azərbaycan bu sahədə kəskin gerilədi, Ermənistan isə rekord vurdu -  Nə baş verir?
Eye

2026-cı ilin birinci kvartalında (yanvar-mart) Azərbaycana gələn turist sayı, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5%-ə yaxın azalıb, cəmi 484 min turist səfər edib.

Bakupost.az xəbər verir ki, bunu ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.

O, bu sahədəki mövcud durumu qonşu ölkələrlə müqayisə edib:

"Gürcüstana eyni dövrdə 998, yəni, təxminən, 1 milyon turist səfər edib – bu, keçən ilin eyni dövrü ilə müqayisədə 4% daha çoxdur.

Eyni dövrdə Ermənistana 454 min turist gəlib, bu, keçən ilin 1-ci kvartalı ilə müqayisədə 18,2% çoxdur və ümumiyyətlə, 1991-ci ildən üzü bəri Ermənistanda 1-ci rübdə heç vaxt bu qədər turist olmayıb. Bu, rekord göstəricidir.

Quru sərhədlərin mənasızcasına bağlı olması ölkəmizin iqtisadi durumuna, turizm sahəsinə ciddi mənfi təsir göstərir. Tiflisə dəmir yolunun açılması bu vəziyyəti düzəltmir – çünki, gündə cəmi 1 səfər edən qatar turizmə, iqtisadiyyata heç cür təsir edə bilməz".

İqtisadçı vurğulayıb ki, bu prosesin müsbət tendensiyaya çevirə bilmək üçün quru sərhədləri açmaq lazımdır:

"Bu, ölkə iqtisadiyyatına müsbət təsir etməklə yanaşı, Azərbaycanın investisiya imicinə də yaxşı impuls verə bilər".

Asena,
BakuPost

Şərhlər
  • Turizm

    Son dövrlərdə baş verən geosiyasi və həmçinin digər mənfi yönümlü iqtisadi artımda birbaşa və ya dolayısı yollarla yaranan süni qiymət amilinin eləcə də sərhədlərin bağlı olması bu vəziyyəti günü gündən daha da pis edəcəkdir. AZALIN qiymət siyasəti isə vəziyyəti daha da gərginləşdirir və bir çox turagentliklər mövsüm dövrü olmağına baxmayaraq artıq turist olmadığından bağlanıb. Bu gedişlə hotellər də az müddətə mövsüm dövrü də olsa belə bağlanacaq. Çünki four seasons ilə yox two seasons ilə işləyirlər buda çox təəssüf ki iqtisadiyyata turizm sahəsinə bir həyəcan siqnalıdır

  • Nadir vəliyev

    Nadir element ölkəyik.komik deyilmi 6il baglı sərhədi olan ölkə

  • Elşad Musayev

    Quru sərhədlərinin bağlı qalmasına səbəb adını nə qoyurlar qoysunlar Rusiya - Ukrayna müharibəsidir.Sərhəd açılsa Dağıstanda cavanlar səfərbərlikdən yayınacaq Rusiya isə bunu istəmir.

  • Roma

    Oturub fikirləşmək lazımdır. Fikirləşməyədə baş olmalıdir.

  • Əjdər Sadıqov

    Bu qiymətləri və bəzi yerlərdə xidmət səviyyəsini görən birdə gəlmək istəməz

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar