Ru
17:55 / 17 Noyabr 2022

"Azərbaycan İrana birləşməlidir" - Təbrizli deputatdan təxribatçı açıqlama

"Azərbaycan İrana birləşməlidir" - Təbrizli deputatdan təxribatçı açıqlama
Eye

İran rəsmilərinin anti-Azərbaycan açıqlamaları davam edir. Son günlər Tehran rejimi bu kampaniyaya Azərbaycan bölgələrindən seçilən deputatları da cəlb edir. Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirezabeiqinin son açıqlamaları da bunu təsdiq edir.

Bakupost.az qafqaz.ir saytına istinadən xəbər verir ki, Əhməd Əlirezabeiqi İranın böhtan kampaniyasına qoşularaq Azərbaycan haqqında bunları deyib:

"Sovet İttifaqı dağılandan sonra o ölkənin tikanlı məftilləri götürüləndə biz çoxlu sayda azərbaycanlının bu ölkəyə necə tələsdiyinin şahidi olduq. İrana köçmək üçün özlərini sərhədə atırdılar. Onlar bu tərəfə aiddirlər. Bu tərəfdən heç kim o biri tərəfə qaçmadı. Bu, sərhədin hər iki tərəfindəki insanların iranlı kimliyinə malik olduğuna dəlalət edir”.

Əhməd Əlirezabeiqinin sözlərinə görə, bu gün ölkədə mövcud olan problemlər xarici qüvvələrin İran əleyhinə bəyanatlar verməsinə səbəb olub:
“İranı azad edəcəyini deyən ABŞ prezidenti, xalq nümayişlərini inqilab adlandıran Fransa prezidenti, özünü göstərmək istəyən İlham Əliyev hamısı xarici düşmənlərdir.

Tarix göstərir ki, Azərbaycan İrana məxsusdur və əgər söhbət yenidən birləşmədən gedirsə, o zaman azərbaycanlılar İrana qoşulmalıdır”.


Günel
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar