Ru
11:29 / 27 Noyabr 2023

Azərbaycan kanalı Avropa TV-lərini geridə qoydu - Rekord izlənmə - FOTO

Azərbaycan kanalı Avropa TV-lərini geridə qoydu - Rekord izlənmə - FOTO
Eye

“Haber Global” “YouTube” kanalı Avropanın köklü xəbər kanallarını geridə qoyaraq çox böyük bir uğura imza atıb.

Bakupost.az xəbər verir ki, “YouTube”un rəsmi ölçü partnyorları “Social Blade” və “VidIQ”ya görə “Haber Global” ən çox baxılan “YouTube” kanalı olaraq siyahının ilk pilləsində qərarlaşıb. Kanal son bir ildə 1,125 mlrd baxışla “YouTube” xəbər kanalları arasında Avropada birinci olub.


İkinci yerdə 1,116 mlrd baxışla Britaniyanın köklü qurumu “Sky News” qərarlaşıb. Siyahıda bundan sonra BBC (779 milyon), Almaniyanın “DW News” kanalı (518 milyon) gəlir. İlk beşliyi 477 milyon baxışla “France 24” bağlayır.


Məlumata görə, “Haber Global” “YouTube” kanalını Türkiyədən əlavə ən çox izləyən ölkələr Azərbaycan, Almaniya, Rusiya, Fransa və Niderlanddır. 6 fevral tarixində Türkiyədə baş verən zəlzələləri, Rusiya-Ukrayna müharibəsi, 14-28 may prezident seçkisi və İsrail-Fələstin hadisələri “Haber Global”dan izlənilib.

İki il əvvəl “YouTube”da ən çox baxılan xəbər kanalı adını alan “Haber Global”ın artıq iki milyondan çox abunəçisi var.


Azərbaycan kanalı Avropa TV-lərini geridə qoydu - Rekord izlənmə - FOTO
Azərbaycan kanalı Avropa TV-lərini geridə qoydu - Rekord izlənmə - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar