Ru
21:55 / 22 Mart 2024

Millimiz Monqolustana qalib gəldi - YENİLƏNİB

3428
Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununa çıxıb.

Bakupost.az xəbər verir ki, yığma “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Komandamız qələbə topunu 90+1-ci dəqiqədə vurub. Standart vəziyyətdən ötürməni Bəhlul Mustafazadə başla qola çevirib. Bununla da yığmamız 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu eyni arenada Bolqarıstana qarşı keçirəcək.

21.05
Bakıda Azərbaycan və Monqolustan milliləri arasında “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə ikinci hissə başlayıb.

Bakupost.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşmada fasilə başa çatıb.

İlk yarıdan sonra qarşılaşmada hesab açılmayıb - 0:0.

20.50

Bakıda Azərbaycan və Monqolustan milliləri arasında “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə birinci hissə başa çatıb.

Bakupost.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşmada komandalar fasiləyə yollanıblar.

Birinci hissədən sonra hesab açılmayıb - 0:0.

20:00

Bakıda Azərbaycan və Monqolustan milliləri arasında “FIFA series–Edition 2024” layihəsi çərçivəsində yoldaşlıq görüşü başlayıb.

Bakupost.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Matçı türkiyəli referi Zorbay Küçükün rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.

19:30

“FIFA series–Edition 2024” layihəsi çərçivəsində üz-üzə gələcək Azərbaycan və Monqolustan millilərinin start heyətləri bəlli olub.

Bakupost.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 12. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 9, Renat Dadaşov, 7. Cosqun Diniyev, 15. Bədavi Hüseynov, 10. Ozancan Kökçü, 8. Emin Mahmudov, 4. Bəhlul Musayafazadə, 19. Filip Ozobiç, 2. Amin Seydiyev, 11. Ramil Şeydayev.

Məşqçi: Arif Əsədov.

Monqolustan: 1. Munkerdene, 17. Amaraa, 6. Amgalanbat, 2. Bat-erdene, 8. Batmunh, 5. Chinzoriq, 4. Qreyt-old, 9. Oyunbaatar, 3. Purevdorj, 18. Uganbayar.

Baş məşqçi: İçiro Otsuka.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da start götürəcək. Yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər