Ru
22:05 / 09 Avqust 2024

Azərbaycan Premyer Liqası: "Qarabağ" qələbə qazanıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" qələbə qazanıb
Eye

Azərbaycan Premyer Liqasında II tura start verilib.

Bakupost.az-ın məumatına görə, turun ilk oyun günündə “Qarabağ” klubu “Azərsun Arena”da Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Riçard Almeyda (48), Abdullah Zubir (72) və Olavio Juninyo (84) rəqib qapısından keçirib.

“Kəpəz”in futbolçusu Elmir Tağıyev 78-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, II turun qalan matçları 10-11 avqustda keçiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar