Ru
09:37 / 06 Aprel 2022

Azərbaycan Sankt-Peterburqda qalib olub - Şərif Ağayarın romanı ilə

15581
Azərbaycan Sankt-Peterburqda keçirilən "Oxuyan Peterburq: ən yaxşı xarici yazıçıları seçək" müsabiqəsinin qalibi olub.


Bakupost.az bildirir ki, bu barədə YeniYaz.Az-a tədbirin təşəbbüskarı, yazar-filoloq Şahnaz Kamal məlumat verib.


O bildirib ki, müsabiqə iki nominasiya üzrə keçirilib: ruscaya çevrilmiş və ruscaya çevrilməmiş xarici yazıçılar.


Birinci nominasiya üzrə Elçin Hüseynbəylinin "On üçüncü həvari və ya 141-ci Don Juan" romanı təqdim edilib və müəlliflə oxucuların onlayn görüşü təşkil edilib.


İkinci nominasiya üzrə Şərif Ağayarın " Arzulardan sonrakı şəhər" romanı təqdim edilib. Şərif Ağayar bu nominasiyada üçüncü yerə çıxıb.


“Arzulardan sonrakı şəhər” romanından bir hissə tərcümə üçün sayta yerləşdirilib və bir neçə tərcümə təqdim olunub. Tərcüməçilər arasında Gülşən Həbibova birinci yerə çıxıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər