Ru
13:45 / 10 İyun 2025

Azərbaycanda bu tarixdə pensiya yaşı ARTIRILACAQ

Azərbaycanda bu tarixdə pensiya yaşı ARTIRILACAQ
Eye

Azərbaycanda qadınların pensiya yaşı artırılır.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, ölkədə 30 iyun 2025-ci ilədək kişilərin pensiya yaşı 65, qadınların pensiya yaşı 64 olacaq.

1 iyul 2025 - 30 iyun 2026-ci il tarixində isə kişilərin pensiya yaşı dəyişməsə də, qadınların pensiya yaşı yarım il artırılaraq 64 il 6 aya çatdırılacaq.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar