Ru
22:50 / 21 Sentyabr 2024

Azərbaycanda düyü niyə bahalaşıb? - Səbəb

Azərbaycanda düyü niyə bahalaşıb? - Səbəb
Eye

"Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də, məsələn, İranda da düyü bahalaşıb. Buna səbəb iqlim şəraitidir".

Bakupost.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

O idxal qiymətlərinin də bahalaşdığını bildirib:

"Düyü Azərbaycana əsasən Hindistan və Cənub Şərqi Asiya ölkələrindən idxal olunur. Afrika və Cənibi Asiya sahillərində tufanlar baş verib. Bu da düyü, kakao, kofe üçün uyğunsuz təbii iqlim şəraiti yaradır".

Ekspert əlavə edib ki, Hindistan düyü bazarının 40%-ni təşkil edir:

"Düyü, kakao üçün iqlim şəraitinin olmaması ona gətirib çıxardı ki, məhsuldarlıq aşağı düşdü. Kakao dünya bazarında dəfələrlə bahalaşıb. Düyüdə də bahalaşma olub. Hindistan özü bazarını qorumaq üçün ixraca məhdudiyyət qoydu".

Xalid Kərimli deyib ki, Azərbaycana 70-80% düyü Hindistandan idxal olunur:

"Basmati düyülərinin hamısı Hindistandan gəlir. Bu da ölkədə düyünün bahalaşmasına gətirib çıxardı".

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar