“Hökumətdən kim danışırsa, “turizm ölkə üçün vacib, prioritet sahədir”, deyir. Yaxşı, belədirsə, deməli məntiqlə hökumət turizmin inkişafı üçün əlindən nə gəlir etməlidir – elə deyilmi?!
Gəlin indi bu ilin rəsmi rəqəmlərinə baxaq: 2026-cı ilin yanvar-may aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 943 milyon 991,7 min manat xərcləyib - bu, 2025-ci ilin eyni dövrünə nisbətən 280 milyon 754,7 min manat və ya 22,9 % azdır (azalıb)”.
"Bakupost" xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, turizm sahəsində xərclər xeyli azalıb.
“Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə keçən ilin eyni dövrü ilə müqaisədə 32% AZALARAQ (yenə azalma) 171 milyon 750,2 min manat təşkil edib. Eyni dövrdə turistlər qidalanmaya 176 milyon 707 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 20,1 % AZDIR (ay da, yenə azalıb).
Yanvar-mayda turizm zərfinin alınmasına isə 437,5 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 19,8 % azalıb (yenə). Nəqliyyat vasitələrinin icarəsinə 1 milyon 466,5 min manat (- 3 %), idman və əyləncə xidmətlərinə 6 milyon 453,2 min manat (- 0,7 %), malların və hədiyyələrin alınmasına 115 milyon 066 min manat (- 4,9 %), digər istiqamətlərə isə 35 milyon 692,7 min manat (- 20,1 %) xərclənib.
Hörmətli hökumət üzvləri, onlarla dəfə yazmışıq-demişik ki, turizmin multiplikativ effekti var – ardınca 9-10 sahəni dartıb-aparır. Həmin sahələr var bu yazıda, görürsünümü, hamısında azalma var – niyə, çünki, quru sərhədləri bağlı saxlamaqla, rəqabətli mühiti təsis etmədən, səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz, mümkün deyil bu...”
Səadət xanım, çox təqdir etdim. Birini də mən əlavə edim: Bu ölkədə TURİZM KULTURASI YOXDUR... Hansısa dərədən çıxmış ortalama bir barbarın əlinə pul düşmüşdür və otel-zad açmışdır. Amma turisti qırxılmalı qoyun, sağılmalı inək hesab edir. Turistə qarət edilməli düşmən kimi baxırlar. Empatiya yox, mədəniyyət yox, səviyyə yox! Qiyməti də elə qoyublar elə bil qızıl satırlar. Elə bilirlər dünya hamısı loxdur, bunlar böyük zibildir. Turist nə deyib gəlsin? Bunların turizm tanıtım reklamları belə olduqca qeyri-peşəkar və kor-koranədir. Soylular ölkədən qovulanda,pisikəndə yerini tör-töküntü alır. Axırı da belə olur. Təkcə turizm yox, hər sahə bu gündədir...
İndus görməkdən bezmişik deyirsiz turist yoxdu
Это похоже на то , как бы , дышать в одну ноздрю .
Natiq müəllim, siz sanki quru sərhəddən başqa heç bir problem görmürsünüz. Quru sərhəddimizdə kim var ki, Şimali qafqaz (Ruaiya), İran, Gürcüstan və Ermənistan. Əsasa problemlər: 1) təyyarə biletlərinin bahalığı 2) istirahət mərkəzlərində xidmətin keyfiyyətinin çox-çox-çox aşağı olması. 3) qiymətlər bahadır (gürcüstan və türkiyə ilə müqayisədə) 4) istirahət mərkəzlərində xidmət edənlərin dil bilgiləri sıfıra yaxındır. Nə ingilis dilini nə də rus dilini bilmirlər 5) bolgələrdə istirahət mərkəzlərində bölgənin tarixini və tarixi abidələri haqda bilgiləri qonaqlara maraqlı şəkildə təqdim edə biləcək mütəxəssislər yoxdur ki, turlar təşkil etsinlər, axı gələn qonaqlar yatıb durub və kabab yeyəndən sonra 2-ci dəfə gəlməyəcəklər. Bu siyahını uzatmaq olar....