Həmkarlarımızdan birinin mesajı və linki göndərməsindən sonra baxdım.
Real TV-nin “Media masası” layihəsində AzTV sədri Rövşən Məmmədov və İTV rəhbəri Balakişi Qasımov həm auditoriyanın, həm də (deyəsən) sosial şəbəkələr üzərindən verilən sualları cavablandırırdılar.
Hər iki kanal dövlətdən maliyyələşir və ona görə də “kütlə səviyyəsinə enməklə kütləvi baxış toplamaq” və pul qazanmaq dərdləri olmamalıdır - ədalət naminə deyək ki, digər kanallardan səviyyə baxımından fərqlənirlər: baxmayaraq ki, qeyri-dövlət kanallarında da böyük ölçüdə səviyyəsiz veriliş-proqramların bağlandığı və təmizlənmə prosesinə başlanıldığını görürük.
Amma AzTV və İTV niyə bu qədər geniş maliyyə və texniki imkanlara, daha peşəkar komandaya baxmayaraq, arzulanan səviyyə və reytinqdən çox-çox uzaqdır?
Bu baxımdan çox maraqlıydı Rövşən Məmmədovla Balakişi Qasımovun fikirlərini dinləmək, mediaya baxışlarını bilmək.
Mənim izləmək imkanım olan hissədə yalnız bir ciddi məqamda baxışlar toqquşdu: Balakişi Qasımov televiziyanın cəmiyyətin daha yaxşı olmasına çalışdığını, Rövşən Məmmədov isə ümumiyyətlə TV-lərin belə bir missiyası və hədəfi olmadığını dedi və bunun ətrafında müzakirə genişləndi, sözkəsmələrə qədər dərinləşdi.
Balakişi Qasımovun hətta sovet dövründə televiziyanın cəmiyyətə təsir imkanları haqda dediklərini Rövşən Məmmədov qəbul etmədi.
Hər iki tərəf və onları müdafiə edənlər onlarla arqument gətirə bilər və doğrusu, ən maraqlı məqam da elə burda idi: dövlətə aid kanalların rəhbərlərinin ən ciddi məqamda baxışları toqquşurdu və hər kəs öz fikrini müdafiə edirdi, B.Qasımovun “yumşaldıcı” üslubuna baxmayaraq, geri çəkilmirdi və məncə, fərqli yanaşmaların doğurduğu mübahisə-müzakirə başlamışdı.
Aparıcının müdaxiləsi ilə müzakirə dərhal kəsildi və “masa” sakit, bir-birinin fikirlərini standart sözlərlə davam etdirən və yalnız fərdi səmimiyyətə görə diqqət verilə biləcək adi axara qayıtdı.
Bundan öncə və sonrasında - B.Qasımovun eyham etdiyi kimi - sosial şəbəkələrə, müxtəlif video-platformalara uduzmalar ətrafında ümumi “gəzişmələr” oldu.
Rövşən Məmmədov buna da işarə etdi - konkretlik istədi, ümumi sualların ümumi cavabları olacağını xatırlatdı. Bəlkə də R.Məmmədovun televiziyanın cəmiyyətə təsiri ilə bağlı B.Qasımova tamamilə əks və bir qədər də sərt mövqeyinin daxilində bir debatyaratma cəhdi və proqramı fikir toqquşması üzərinə daşımaq istəyi vardı - zatən davam etsəydi, “masa”nın auditoriyası daha geniş olacaqdı.
Yəni: hər ikisi problemləri az qala “iliyinə” qədər görür, duyur, hiss edir, ancaq sosial şəbəkə ilə mübarizə üsullarını təqdim etmir və yaxud edə bilmir və yaxud ümumiyyətlə bilmirlər.
Məsələn:
- Real TV-nin canlı yayımında gedən verilişə Yutub üzərindən cəmi 30 nəfər (bəzi məqamlarda 3-4 nəfər çox və ya az) baxırdı, onun ikisi mən idim - həm telefonla, həm də kompüterlə baxırdım. Çünki səs çox zəif idi (videosunda səs daha yaxşıdır).
Real TV texniki baxımdan geri qalırmı?
- AzTV və İTV-də ümumilikdə neçə jurnalist çalışır? Onlar rəhbərlərinin peşəkar yanaşmalarını efirdən niyə izləmək istəmirlər?
- Bu sətirləri yazanda videonun Yutub platformasına yerləşdirilməsindən 52 dəqiqə keçmişdi. Baxış - 69, bəyənmə - 9. Bu statistika hər şeyi demirmi?
- Aparıcı əsl debatı niyə kəsdi? Çünki lazım deyil, “büdcə kanalları”nın rəhbərləri arasında sərt müzakirə yaxşı çıxmır. Bu yanaşma ilə Yutub kanallarına rəqib olmaq istəyirsiniz?
Və nəhayət:
Hər iki peşəkar çox gözəl bilir ki, klassik TV əsri bitdi, dövr keçdi: nə qədər onu qorumağa, yaşatmağa, davam etməyə çalışacaqsansa, o qədər uduzacaqsan.
İndi TV-lərdə islahatlar yox, tam struktur dəyişikliyi getməli, şəbəkələşmə başlamalıdır - həm də!
Azər Məlikli,
BakuPost
Dörd qat güclü Dövlət AzTV və həmin qədər kiçik İTVnin neytral Real TV media debatı beynəlxalq *demokrat*ları da maraqlandırmalıydı? Debatsız da hər ikisini fərqlir: AzTVnin dövlətin səylərinə, İTVnin isə cəmiyyətin qayğılarına xidmətləri aşkardır! Media ilə yanaşı siyasi elitamızı, hüquq orqanlarımızı da, mediamız kimi əsasən Bakı Dövlət Universitetinin Tarix-hüquq məzunları-mütəxəssisləri təmsil edirlər! Ali, elmi-tarixi, hüquqi savadlı demokratiya nədən, 1987-1991ci SSRİ dövründə, ya 1992-2020ci illərdə ilkin müstəqil 28 May 1918ci il tarixdən müstəqil və tam qəbul edilən 97.3 min kv km əraziyə malik Azərbaycan Xalq Cümuhürriyyətinin rəsmən BMT və digər Beynəlxalq Məhkəmələrdə iddia edilməyib? Mətbuat-media hansı ziya-zəka, bilgi-savadla tarixi hüququn bərpası əvəzinə heç nəyə həll edə bilməyəcək-Beynəlxalq İctimaiyyətə müraciətdən qeyri heç bir rəsmi iddia, ittiham və hər hansı hüquqi, ya hərbi müdafə yardımı ismarıcında, ricasında olmayıb? Həmin iradlarki media nəinki, yayımlamır, sanki, udmağa, unutdurmağa çalışır? Hüququmun haqqlı demokrat mübarisəsi siyasi dünyaya təkrar-təkrar yayımlanmır???
DÖRD qat gücləndirilmiş AzTV1 və azı dörd qat zəif İTVnin neytral Real TV debatı geniş dünyəvi Media marağında olmalıysa da, mən izləməmişəm. Onsuz da, AzTVnin de fakto bütün ehtiyatlar və səlahiyyətə malik Dövləti *əlavə müdafiə etmə* və ya İTVnin Cəmiyyətin bir sıra problemlərini fərqli araşdırma cəhdləri aşkardır. Ölkəmizin hüquq orqanları və eləcə media şəbəkələrində əsasən tarixi Bakı Dövlət Universitetinin məzun-mütəxəssislər məşğuldurlar! Toplanan həmin iki təhsil-elm potensialı nə 1987-1991ci SSRİ dövründən və sonra