Ru
20:38 / 04 İyul 2026

Ağdamda batan şəxs şəhid övladıdır

Ağdamda batan şəxs şəhid övladıdır
Eye

Ağdamda su anbarında övladları ilə birlikdə batan polis Şərif İsgəndərov şəhid övladı olub.

"Bakupost" “Teleqraf”a istinadla xəbər verir ki, iyulun 4-də su anbarında baş verən faciə nəticəsində iki övladı ilə birlikdə həyatını itirən Şərif İsgəndərov şəhid polis əməkdaşı Şəmsəddin Cəfər oğlu İsgəndərovun oğludur.

Şəmsəddin İsgəndərov 1990-cı ildə könüllü olaraq həmin dövrdə yaradılmış ilk polis batalyonuna qoşulub. O, Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və digər qaynar döyüş bölgələrində ön cəbhədə xidmət edib.

Şəmsəddin İsgəndərovun son döyüşü 1992-ci il martın 8-də Qaraqaya istiqamətində olub. Həmin gün düşmən gülləsinə tuş gələn polis əməkdaşı şəhidlik zirvəsinə ucalıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar