Rusiyanın 2 “İsgəndər” raket kompleksi məhv edildi
0
Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətində Rusiya ordusunun iki “İsgəndər” operativ-taktiki raket kompleksinin buraxılış qurğusunu, həmçinin “Pantsir-S1” zenit-raket və artilleriya kompleksini vurub.
"Bakupost" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.