2027-ci il yanvarın 1-dən Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal olunan süd və yumurtanın ümumi miqdarı uçota alınacaq. Artıq yalnız satılan deyil, şəxsi istehlaka və digər məqsədlərə sərf olunan məhsullar da hesablanacaq.
Bəs bu uçot nə deməkdir? Təsərrüfat sahibləri əlavə vergi ödəməli olacaqlar, yoxsa dəyişiklik yalnız statistik xarakter daşıyır?
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov yeni qaydaya əsasən, ailənin öz istehlakına sərf etdiyi, qohumlara verdiyi, dəyişdirdiyi və digər məqsədlərlə istifadə etdiyi süd və yumurta da statistik uçota daxil ediləcək deyib.
“Yəni kəndlinin üç inəyindən əldə etdiyi südün hər litri, həyətində saxladığı toyuqların yumurtası da dövlət statistikasının predmetinə çevriləcək. İlk baxışdan qərarın məqsədi kənd təsərrüfatı istehsalının real həcmini müəyyənləşdirməkdir. Lakin ölkənin mövcud iqtisadi reallıqları fonunda belə təşəbbüslərin nə dərəcədə prioritet olması müzakirə doğurur. Azərbaycanın iqtisadi inkişaf modelində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və idxaldan asılılığın azaldılması əsas hədəflərdir. Bu baxımdan aqrar siyasətin icrasında nəticəyönümlü yanaşmanın səviyyəsi ciddi suallar yaradır”.
İqtisadçı bildirib ki, kənd təsərrüfatında həllini gözləyən daha fundamental problemlər var:
“Fermerlərin maliyyə resurslarına çıxışı, suvarma sistemləri, torpaqların münbitliyi, yem bazası, məhsuldarlıq, logistika, saxlama və emal müəssisələri, satış bazarlarına çıxış əsas problemlərdəndir. Lakin aqrar siyasətin gündəliyində bəzən istehsalın artırılmasından daha çox uçot və hesabat mexanizmlərinin genişləndirilməsi ön plana çıxır. Kəndlinin üç inəyini, beş-on toyuğunu uçota almaqdan əvvəl kənd təsərrüfatında həll edilməli daha vacib məsələlər var. Təəssüf ki, bəzi yanaşmalar əsas problemlərin arxa plana keçdiyi təsəvvürünü yaradır”.
A.İbrahimovun sözlərinə görə, süd və yumurta istehsalının real həcmini müəyyənləşdirmək üçün alternativ statistik metodlardan da istifadə etmək mümkündür:
“İstehsal həcmini seçmə müşahidələr, təsərrüfatların iqtisadi göstəriciləri və mövcud inzibati məlumat bazaları əsasında hesablamaq olar. Hər bir fərdi təsərrüfatın gündəlik istehsalını ayrıca nəzarət predmetinə çevirmək hansı əlavə iqtisadi səmərə yaradacaq? Bu işə sərf ediləcək resurslar kənd təsərrüfatının inkişafına yönəldilsə, daha böyük nəticə əldə etmək mümkün olmazmı?”.
İqtisadçı qeyd edib ki, ailənin öz istehlakı üçün istehsal etdiyi süd və yumurtanın statistik uçota alınması özlüyündə vergi öhdəliyi yaratmır:
“Vergi öhdəliyi yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda yaranır. Bununla belə, məlumatların gələcəkdə vergi və digər inzibati nəzarət mexanizmlərində istifadə olunması ilə bağlı vətəndaşların sualları cavablandırılmalıdır. Statistik uçotun hüquqi çərçivəsi, məlumatların məxfiliyi və fərdi təsərrüfat sahiblərinin üzərinə düşən öhdəliklər dəqiq açıqlanmalıdır”.
A.İbrahimovun fikrincə, dövlət qurumlarının fəaliyyəti toplanan məlumatların və hesabatların sayı ilə deyil, real iqtisadi nəticələrlə qiymətləndirilməlidir:
“Aqrar sektorun inkişafı kəndlinin üzərinə əlavə hesabat yükü qoymaqla təmin edilə bilməz. Kəndliyə ucuz maliyyə, əlçatan su, keyfiyyətli toxum və yem, müasir texnologiya, səmərəli subsidiya mexanizmi və məhsulunu satmaq üçün real bazar lazımdır. Statistik uçotun aparılmasına prinsip etibarilə etiraz yoxdur. Lakin hər yeni inzibati mexanizmin iqtisadi səmərəsi, zəruriliyi və vətəndaşa yaradacağı yük əvvəlcədən hesablanmalıdır. Kəndlinin həyətindəki inəyin südünü hesablamaq mümkündür. Daha vacib olan isə həmin kəndlinin niyə daha çox süd istehsal edə bilmədiyini və məhsulundan niyə kifayət qədər gəlir əldə etmədiyini araşdırmaqdır. Çünki kəndlinin üç inəyini uçota almaqla ölkənin ərzaq təhlükəsizliyi təmin olunmur. Bunun üçün istehsal artmalı, fermer gəlir əldə etməli, yerli kənd təsərrüfatının rəqabət qabiliyyəti yüksəlməlidir”.
Dövlət vergi xidməti toyuqların arxasını pusmaqla büdcənin kəsir hissəsini doldurmaq istəyir. Kənd təsərrüfatına deyilən dövlət dəstəyi bumu?Ayıb deyil!?
inek sudu kesse nolacaq .toyuqlar olse nolacaq bu ne dusuncedir
Siyasi-tarixi fəlsəfi Şəxsiyyətin müvəqqəti ən sadə gündəlik (V.İ.Leninin) gündəlik bərabər ədalətli Əmək-iş bölgüsü və ödənişi qeydi müvəqqəti Sapalaq kooperativləri, eləcə də (İ.V.Stalin Stavkalı) gündəlik raport verən 1941-45ci illərdən hər gün raport verən Qızıl Ordudan güclü, böyük, yenilməz təşkilatlar tarixdə təkrar olunmayıb? Qonşu ölkə son bəzi illər büdcənin üç-beş misli qədər (düdcədən kənar əlavə) nağd qazanc əldə ediblər. Bizim kimi nəinki bütün dünya Bum-Hay haray salırlar, heç nə olmayıbmış kimi susurlar. Ağac bol-bərəkətli bar-bəhər, meyvə yetirincə təvazökarlıqda ağzını buxarlandırmaz, üzünü-başını aşağı dikər?!
Konkret Deyinki Bacariqsiziq
Kəndlərdə,rayonlarda toyuq və hinduşqalar,ördəklər qırılır,sanepidemstansiylar,baytarlıq subyektləri maraqlanmır bu problemlərlə.Kəndliyə dəyən bu ziyanı qismən dəolsa maliyyə baxımından kompensasiya etməkçün kənd və qəsəbələri gəzməlidir əlaqədar qurumlar,yeri gəlsə qapı-qapı gəzməlidir,kimon ev quşu,mal-qarası var az,ya çox,onu bilirlər,gedib soruşub maddi dəatək vermək olar,amma edilmir,amma vergi,kommunal ödənişlərə gələndə qapı-qapı düşub gəzib onu alırlar,həll edirlər,belə olmaz!
Düzgün idarəetmə!!
Qabaq hər rayon müəyyən miqdarda müxtəlif kənd təsərrüfatı məhsulları istehsal edirdi. İndi İcra başçısı zəhmət çəkib istehsalı artırsın, şərait yaratmaq lazımdır,nağıl vaxtı deyil, onsuzda kənd təsərrüfatımız çox zəifləyib, torpağı olan məmurları məcbur edib məhsul tələb etmək lazımdır.
Toyuqlar acıga düşüb yumurtlamasa nolacaq?
Bes bezi "iş adamları", nazir qohumları, millet vekilleri ve s. kimi "qalstuk sahibleri", haradan 100-200 minlik vtomobiller haradandır, bahalı villalar, menziller 300-500 m², bir kendçi gözlerinize girib? Bir işi 10 mnata alıb, eli çibinde oturub çy içen briadirin 3-4 manata işliyen fehleleri olanda nece olmalıdır ki? Avropa standrtlarını teleb eden "millet vekilleri" avropa maaşlarını versin gerek ki, insanlar şeraet qursunlar. "Ceyran eç" olmaz - tehlükedir Ged kredite iran peçi al, memur biraz da varlansın ve s. Danışmq Ile bitmir Bunu da çox ğüman ki, adminler silecek ))
2ci Cahan müharibəsindən SSRİ, eləcə Azərbaycanımız da yüksək əzmlə çalışdığı və artıq 1948-1950-ci illərdən ərzaq qıtlığını üstələyib, çoxillik strateji ərzaq və hərbi ehtiyatlar yaratmağa, toplamağa başlamışdı. 1961-1963-cü yenidən (Sovxoz) qurma və 20 illik Kommunizm bəyanı dövründə tənəzzülə gedən ölkədə de fakto və əsasən 1948-1952ci illərdə toplanmış ehtiyatlardan istifadə edilirdi? Geriləməni bəlkə də beynəlxalq statistikadan gizləmək üçün nəinki, kəndlilərin özəl təsərrüfatları eləcə rayon mərkəzləri və şəhər həyət və bağçalarındakı meyvə tingləri, toyuqlar, müvəqqəti quzu və mal, maddi və digər nemət sayıla biləcək hər vasitə statistik üçota alınırdı? Bizim həyətdəki üzüm gətirməyən zərif yarpaqlı tənək sarmaşığına da bir ton üzüm gətirəcək yazdılar? Hazırda bu *stracegiya* ən azı adambaşına natural məhsul istehsalı İqtisadi göstəricisini (1970ci illərin planı kimi) yüksəldəcək? Hərbi ehtiyatdan demədim. 1970ci ildə əsgərlik şinel və digər geyimlərin 1950-1953cü illər tikilisi, kaşa, boçka yağ, digər tər-təbii konservlərin də elə 1948də 1956cı ilə qədər hazırlandığı aydın qeyd olunmuşdu? Mağazada satılan donmuş mal əti parçaları da 1948-1953cü illərə aid idilər. Ötən əsrin 70ci illərində bircə əcnəbi hərbi təyyarəyə on ilə yaxın müddətdə VDR nəinki təcavüz, işğal, bircə dəfə enmə şansı vermədi. 56cı ilədək istehsal olunmuş və oradakı zenit qurğularından məncə ölkəmizdə bircə nümunəsi də yoxdu? *Keçmişdən nağıl*a görə hər izləyicidən üzr istəyirəm.