Ru
09:13 / 12 Sentyabr 2026

Azərbaycanda bu yenilik tətbiq oluna bilər

Azərbaycanda bu yenilik tətbiq oluna bilər
Eye

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərpa olunan enerjinin məişətdə daha geniş istifadəsinə və vətəndaşların enerji istehsalında iştirakına imkan yaradır. Azərbaycanda da fərdi evlərdə günəş panellərinin quraşdırılmasına və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsinə hüquqi imkan yaradılıb.


Bəs ölkəmizdə vətəndaşların artıq elektrik enerjisini dövlətə sataraq real gəlir əldə etməsi nə dərəcədə mümkündür?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan deputat Vüqar Bayramov vətəndaşların bərpa olunan enerjidən istifadə etməsinin artıq bir sıra ölkələrdə tətbiq olunduğunu bildirib.

“O cümlədən qardaş Türkiyədə, Özbəkistanda və digər ölkələrdə bu sistem artıq mövcuddur. Azərbaycanda da bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi həyata keçirilib. Bununla bağlı qanunvericiliyə xeyli dəyişikliklər edilib. Son dövrlərdə, xüsusilə yaşıl enerjidən istifadə ilə bağlı qanunvericilik əhəmiyyətli şəkildə təkmilləşib”, o qeyd edib.

V.Bayramovun sözlərinə görə, Azərbaycanda da bu praktikadan istifadə etmək mümkündür:

“Çünki ölkəmizdə günəş və külək enerjisindən istifadə imkanları böyükdür. Vətəndaşlarımızın, məsələn, günəş panelləri quraşdıraraq günəş və külək enerjisindən istifadə etməklə öz enerji istehlakını təmin etməsinə imkan var. Bu, bir tərəfdən həmin vətəndaşlar üçün dayanıqlı enerji təminatı deməkdir”.

Deputat bildirib ki, hətta bəzi ölkələrdə vətəndaşlar əldə etdikləri enerjinin bir hissəsini dövlətə satırlar və həmin sistem ümumi enerji sisteminə inteqrasiya olunur:

“Nəticədə vətəndaş bir tərəfdən öz istehlakı üçün enerji istehsal edir, digər tərəfdən isə həmin enerjinin bir hissəsini satmaqla gəlir əldə edə bilir. Biz bu praktikaların Azərbaycanda da tətbiq edilməsi ilə bağlı təkliflərimizi təqdim etmişik. Düşünürük ki, bu, Azərbaycan üçün də məqbul hesab oluna bilər”.

Şərhlər
  • Ağamir Adayev

    Günəş panelin quraşdırmaq və beş ildən bir batareyaları dəyişməkdənsə, işıq pulu ödəmək sərfəlidir. Bu işin mütəxəssisindən maraqlanmışam, quraşdırmaq istəyirdim, məsləhət görmədi, çünki, beş ildən bir, batareyaların dəyişməsi mütləqdir.

  • Sexran Əliyev

    Azərbaycanda böyük imkanlar var bu yolda ama kimruk rüsumu gunəs panellerinə ləğv edilsə bu böyük effekt verəcək. Bu da dövlətə aiddir. Bundan başqa kompukculər sui istifadə edirlər

  • Emil Ramazanov

    Məncə də çox yaxşı bir fikirdir. Həm də işıq kəsintilərinə son qoymuş olarıq. Amma bu barədə ciddi tətbir və yoxlanışlar keçirilməlidir. Çünki səhv konfiqurasiya ciddi təhlükələr yarada bilər.

  • Gulya

    Bina evlərinin fasadlarına da günəş panelləri quraşdırıla bilərsə yaxşı olar

  • oxucu

    Elə şey etməyin büdcə gəlirləri azala bilər, əksinə alternativ enerjidən istifadə edənləri cərimələləmək lazımdırş

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar