Azərbaycanda dəmir və beton istehsalı ilə məşğul olan "Bakı Dəmir-Beton 8” ASC-nin səhmdarlarının ümumi yığıncağının iclası keçiriləcək.
Bakupost.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, yığıncaq iyunun 25-nə təyin olunub.
Səhmdarların ümumi yığıncağının gündəliyinə bir sıra məsələlər daxil edilib. Bunlar ASC-nin illik və maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, eləcə də şirkətin fəaliyyətinin müvəqqəti dayandırılması və bu barədə arayışın Dövlət Vergi Xidmətinə təqdim edilməsi, cəmiyyətin bütün işçiləri ilə əmək müqavilələrinə xitam verilməsi, direktorlar və müşahidə şurasının, təftiş komissiyasının (müfəttişinin), icra orqanının (direktorunun) səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsidir.
Qeyd edək ki, "Bakı Dəmir-Beton 8” ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 959 664 manatdır və qanuni təmsilçisi Dadaşov Kəmaləddin Nağı oğludur.