Ru
15:42 / 08 İyul 2025

Azərbaycandakı rus icması Bakını seçdi – Primakovdan etiraf

Azərbaycandakı rus icması Bakını seçdi – Primakovdan etiraf
Eye

"Moskva ilə Bakı arasında münasibətlərin gərginləşdiyi dövrdə Azərbaycandakı rus icması Rusiyaya xüsusi rəğbət nümayiş etdirməyib, əksinə, öz ölkələrinə — Azərbaycana daha çox loyallıq göstəriblər."

Bakupost.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının xaricdəki ruslarla iş üzrə federal agentliyinin (“Rossotrudniçestvo”) rəhbəri Yevgeni Primakov RBK-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu icmanın nümayəndələri bəzi bəyanatlar səsləndirsələr də, bu çıxışlar Rusiyanı deyil, Azərbaycanı dəstəkləyən mövqedə olub. Primakov bu yanaşmanı anlaşılan hesab etdiyini bildirib, çünki həmin şəxslərin Azərbaycan vətəndaşlığı var. Bununla belə, o, etiraf edib ki, Rusiyaya daha çox dəstək və bağlılıq göstərilməsini arzulayır.

Agentlik rəhbəri vurğulayıb ki, Rusiya öz xalqının nümayəndələrindən loyallıq gözləməyə haqqı olan bir dövlətdir və bu, onların yaşadığı ölkələrin maraqları ilə ziddiyyət təşkil etməməlidir.

Aysel,
Bakupost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar