Ru
20:02 / 17 Noyabr 2023

Azərbaycanın 1 milyonluq modeli ÇƏRÇİVƏDƏ - Vidadi Həsənovla - VİDEO

13828
Xəbər verdiyimiz kimi, Bakupost.az "M-Teatr"la birlikdə yeni layihəyə başlayıb.

Xalq artisti Vidadi Həsənovun aparıcısı olduğu "Çərçivə" adlı layihənin ilk qonağı "Best Model of Azerbaijan-2016"-nın qalibi, tanınmış model və aktyor İqo Hüseynov olub.

Layihədə İ. Hüseynov V. Həsənovun suallarını cavablandırıb, modelliklə bağlı maraqlı açıqlamalar verib.


“İstər xırda, istər böyük, fərqi yoxdur, uğur hər zaman məni sevindirir. İlk dəfə Azərbaycanın yerli maqazinlərindən biri mənə əməkdaşlıq təklif etmişdi. Bu ilk uğurum idi. Çox sevinmişdim. Uğurlarımdan digəri 2017-ci ildə Hugo Boss-un dünya reklamına çəkilməyim idi. Modellik artıq mənim yaşam tərzimə çevrilib. Bəzən bu çətin olur. İstədiyimiz qidalardan, yuxu rejimindən və s. vazkeçməli oluruq. Demək olar ki, şirniyyat yemirəm. Şəkəri həyatımdan çıxarmışam. Yalnız həftənin müəyyən günləri istədiyim yeməyi, aşırı olmadan yeyirəm”.

Daha ətraflı videoda:








Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər