Ru
14:46 / 16 Sentyabr 2026

İçi mamırlı “Badamlı” jurnalisti şoka saldı – “Möhtəşəm iyrənc su...” - VİDEO

İçi mamırlı “Badamlı” jurnalisti şoka saldı –  “Möhtəşəm iyrənc su...” - VİDEO
Eye

“Badamlı” firmasının istehsal etdiyi şüşə qablaşdırılmış su ilə bağlı narahatedici görüntülər yayılıb.

“Bakupost” xəbər verir ki, teleaparıcı-jurnalist Ramal İsayev paylaşdığı videoda su şüşəsinin dibində mamır olduğunu bildirib.

““Badamlı”nın yeni mamırlı suları istehsal olunur. Gördüyünüz kimi, içində çox gözəl mamırlar var. İstehsal tarixi də keçməyib. 2029-a kimi vaxtı var”, - deyə o qeyd edib.

Görüntülərdə şüşənin dibində açıq-aşkar mamırabənzər yad maddə müşahidə olunur.

R.İsayev paylaşımında “Bəs siz necə, belə möhtəşəm iyrənc sulardan içmisiniz" sualını ünvanlayıb.



Məsələ ilə bağlı “Bakupost”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, şüşə qablaşdırmada saxlanılan suların yararlılıq müddəti bir ildən artıq olmamalıdır.

O qeyd edib ki, bulaq suyu uzun müddət saxlanıldıqda çöküntü və yosunabənzər maddələr yarana bilər:


Bu, yosun və ya mamırdır. Bunun təhlükəli, toksik növləri də mövcuddur. Belə bir suyun istehlak bazarında olması, düşünürəm ki, doğru deyil. Hansı standartlarla buna icazə verilib, mənə məlum deyil. Məncə, həmin mamırların, yosunların tərkibi və təhlükəsiz olub-olmaması barədə istehsalçı şirkət məlumat verməlidir. İçməli suyun dibində hər hansı çöküntünün, o cümlədən mamırın olması arzuolunan deyil. İstehlakçılar belə sudan uzaq durmalıdırlar”.

Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar