Ru
13:24 / 07 Oktyabr 2022

Bahəddin Həzinin yeni kitabı işıq üzü gördü - FOTO

Bahəddin Həzinin yeni kitabı işıq üzü gördü -  FOTO
Eye

“Bizim yol” xəbər saytının baş redaktoru Bahəddin Həziyevin yeni kitabı işıq üzü görüb.


Bakupost.az xəbər verir ki, “Ölümcül həqiqətlər” adlanan kitab “Qanun” nəşrlər evində çapdan çıxıb.

Kitabda jurnalistin son illərdə qələmə aldığı məqalə, yol qeydləri esse və hekayələrinin bir qismi, eləcə də, “Yardımlıdakı Qarabağ” xatirə poeması yer alıb.


“Həyatımın ölümcül həqiqətləri” xatirə-povestində müəllifin qarşılaşdığı hadisələrdən, eləcə də, sənəti ilə bağlı üzləşdiyi təhlükələrdən bəhs edilir. Bu yazılar günümüzün həssas mövzularına orijinal yanaşma və özünəməxsus təsvir üslubu ilə seçilir.



Qeyd edək ki, B. Həziyev 1965-cil aprelin 28-də Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub. 1983-1990 Bakı Dövlət Universitetində təhsil alıb. Əmək fəaliyyətinə 1989-cu ildə “Xazar” jurnalında ədəbi işçi olaraq başlayıb. 1990-1991-ci illərdə “Turan” agentliyində müxbir, 1991-1994-cü illərdə “Azadlıq” qəzetində müxbir, şöbə müdiri, redaktor müavini vəzifələrində çalışıb. 1999-cu ilin fevral ayında “Ekspress” qəzetində baş redaktorun birinci müavini təyin olunub. Bahəddin Həziyev, daha sonra 1998-1999-cu illərdə “Avrasiya” qəzetində şərhçi, 1994-1998-ci illərdə “Çağ” qəzetinin baş redaktoru, 1996-2003-cü illərdə “Azadlıq” radiosunda şərhçi, 2005-ci ildən isə “Bizim Yol” qəzetinin baş redaktoru işləyib.

O, 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə «Əməkdar jurnalist» fəxri adına layiq görülüb.


Elnur
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar