Ru
18:30 / 28 Mart 2023

"Bakcell”dən iPhone istifadəçilərinə şad xəbər!

"Bakcell”dən iPhone istifadəçilərinə şad xəbər!
Eye

5G şəbəkəsi indi iPhone smartfonlarından istifadə edən “Bakcell” abunəçiləri üçün aktivdir.

Bakupost.az xəbər verir ki, iPhone istifadəçiləri Bakının bir neçə nöqtəsində qurulmuş 5G test şəbəkəsindən yararlanaraq ultrasürətli interneti sınaqdan keçirmək imkanına malikdir.

5G şəbəkəsinə qoşulan iPhone istifadəçiləri “Bakcell”dən 5GB balans hədiyyə alacaq. Hədiyyə interneti almaq üçün 5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda *501*1# kodunu yığmaq lazımdır.

Qeyd edək ki, “Bakcell” Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur. Bakcell şəbəkəsi Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınır.

Xatırladaq ki, “Bakcell” şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar