Ru
09:00 / 18 Aprel 2025

Bakı metrosunda problem yarandı - Sərnişinlər qatardan düşürüldü

Bakı metrosunda problem yarandı - Sərnişinlər qatardan düşürüldü
Eye

Aprelin 18-də səhər saatlarında Bakı metrosunda problem yaranıb.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, metronun "Əhmədli" stansiyasından "İçərişəhər"ə gedən qatarın qapıları bağlanmayıb.

Stansiyaya "Bakı Metropoliten"inin əlavə əməkdaşları cəlb edilib. Lakin qapıları bağlamaq və qatarı yola salmaq mümkün olmayıb. Qapıların tez-tez açılıb-bağlanması sərnişinlər arasında təşvişə səbəb olub.

Sonra metropoliten işçiləri vaqonları boşaldıblar və qatar depoya gedib.

Sərnişinlər isə başqa qatarla yola salınıblar.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar