Ru
22:13 / 28 Mart 2023

Bakı-Qazax yolunda maşınlar toqquşdu: ölən var

Bakı-Qazax yolunda maşınlar toqquşdu: ölən var
Eye

Bakı-Qazax avtomagistralının 354-cü kilometrliyində “Hyundai Santa Fe” və “VAZ 2106” markalı avtomobil toqquşub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Bakupost.az -a bildirib ki, hadisə nəticəsində “VAZ 2106” avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Telman Hüseynov aldığı xəsarətlərdən ölüb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub, nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar