Dünən Nizami Rayon Polis şöbəsinin əməkdaşı vəfat edib.
Bakupost.az xəbər verir ki, hadisə səhər saatlarında idarənin həyətində baş verib.
Belə ki, 27 yaşlı polis əməkdaşı İbrahim Əlizadə qəflətən ürəktutmasından yerindəcə keçinib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə Bakupost.az –a məlumatı təsdiqləməyib. “Bizdə belə bir informasiya yoxdur”, - deyə o, əlavə edib.
Qeyd edək ki, dünyasını dəyişən polis əməkdaşı İbrahim Baxış oğlu Əlizadə tanınmış müğənni İlahə İbadovanın dayısı oğludur.
Bu haqda müğənni özü sosial şəbəkədə məlumat paylaşaraq, yaxın zamanlarda toyu olacağını qeyd edib:
"Toyuna hazırlaşırdıq. Bizi nə tez tərk etdin sən? Bizdə ayrı-seçkilik yoxdur. Bacı-qardaş kimi idik. Belimizi qırdın, İbrahim!".