Ru
23:19 / 21 Avqust 2026

Əraqçı ABŞ-nin İrana qarşı sanksiyalarını lağa qoydu: "Bu filmi artıq görmüşük"

Əraqçı ABŞ-nin İrana qarşı sanksiyalarını lağa qoydu:  "Bu filmi artıq görmüşük"
Eye

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin Tehrana qarşı yeni sərt sanksiyalar tətbiq etmək vədlərini keçmiş prezident Barak Obamanın 2012-ci ildəki tvitini xatırladaraq şərh edib.

"Bakupost" xəbər verir ki, XİN başçısı bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

Həmin vaxt Obama vitse-prezidenti Co Baydenin İrana "sanksiyalar tarixinin ən sarsıdıcı sanksiyaları. Nöqtə" vəd etdiyi sözlərindən sitat gətirmişdi.

"14 il əvvəl: "Tarixin ən dağıdıcı sanksiyaları". İşə yaramadı. 8 il əvvəl: "Maksimum təzyiq". İşə yaramadı. 5 ay əvvəl: "Qeyd-şərtsiz təslim olma". İşə yaramadı. Bu gün: "Tarixin ən sarsıdıcı iqtisadi əməliyyatı". İflasa məhkumdur.

Biz bu filmi artıq görmüşük. Həmin cəfəngiyatdır. Sadəcə, indi hədələyənlər başqalarıdır", - deyə Əraqçı qeyd edib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı güclü iqtisadi təzyiq əməliyyatına başladığını elan etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar