Ru
23:48 / 21 Avqust 2026

Paşinyanın əsas rəqiblərindən biri azadlığa buraxıldı

Paşinyanın əsas rəqiblərindən biri azadlığa buraxıldı
Eye

Ermənistanda “Hayakve” (“Ayakve”) təşəbbüsünün koordinatoru, revanşist Avetik Çalabyan məhkəmə qərarı ilə həbsdən azad edilib.


"Bakupost" xəbər verir ki, İrəvanın Şenqavit rayonunda keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Çalabyanın həbs müddətinin daha iki ay uzadılmasını istəyib. Müdafiə tərəfi isə onun azadlığa buraxılmasını tələb edib.

Hakim David Balayan tərəfləri dinlədikdən sonra Çalabyanın həbsdə saxlanılması üçün əsasların olmadığını bildirib və onun barəsində hər hansı digər qətimkan tədbirinin də seçilməməsinə qərar verib. Çalabyan məhkəmə zalından dərhal azadlığa buraxılıb.

Çalabyan iyunun 24-də saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib. Ona qarşı 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərində vətəndaşların seçki hüququnun həyata keçirilməsinə mane olmağa hazırlıqla bağlı ittiham irəli sürülüb. Çalabyan ittihamları rədd edir.

Çalabyan Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətinin əsas tənqidçilərindən biri kimi tanınır. O, “Hayakve” milli-vətəndaş hərəkatının koordinatorudur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar