London məhkəməsi telefon dinləmələrinə görə "The Daily Mail"in naşirinə qarşı iddia qaldıran, lakin məhkəmə prosesini uduzan şahzadə Harri, müğənni və bəstəkar Elton Con və digər məşhurların üzərinə 13 milyon dollar məbləğində məhkəmə xərclərini ödəmək öhdəliyi qoyub.
"Bakupost" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
İyulun 7-də İngiltərə və Uels Ali Məhkəməsi bir qrup məşhurun qanunsuz məlumat toplanması və şəxsi həyata müdaxilə ittihamları ilə "Associated Newspapers Limited" (ANL) şirkətinə qarşı qaldırdığı iddianı rədd edib.
"The Daily Mail"in naşiri məşhurlar qrupundan 34,5 milyon funt-sterlinq (47 milyon dollar) məhkəmə xərcləri, o cümlədən ilk aralıq ödəniş kimi 9,9 milyon funt-sterlinq (13,5 milyon dollar) tələb edib. İddiaçıların vəkilləri ilkin məbləğ kimi 7,9 milyon funt-sterlinq (10,8 milyon dollar) ödənilməsində təkid etsələr də, hakim Metyu Niklin 9,5 milyon funt-sterlinq ödənilməsi barədə qərar çıxarıb. Bu məbləğ növbəti məhkəmə iclaslarında daha da arta bilər.