Ru
17:35 / 01 Yanvar 2023

Bakıda yol qəzasında ölənlərin sayı 5-ə çatdı - Yenilənib2-VİDEO

Bakıda yol qəzasında ölənlərin sayı 5-ə çatdı -  Yenilənib2-VİDEO
Eye

Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. 


Bu barədə Bakupost.az -a DİN-in Mətbuat Xidmətindən bildirilib. 


Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, sərnişinlər 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova, 2001-ci il təvəllüdlü Könül Namazova və "Toyota" markalı avtomobilin sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Əlizadə dünyalarını dəyişiblər.



***

16:14


Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Nizami rayonunda yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.


Nazirlikdən Bakupost.az -a daxil olan məlumata görə, "Toyota" və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.


Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


***


Bakıda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.


Bu barədə Bakupost.az -a TƏBİB-dən məlumat verilib. 


Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib: "Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib".


***

13:39


Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb.


Bakupost.az Report-a istinadla bildirir ki, hadisə Nizami rayonunda, "Şəfa" stadionu yaxınlığında qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, qəza "Mercedes" markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar