Ru
10:18 / 05 Sentyabr 2026

Bakıda avtobuslar pulsuz ola bilərmi?

Bakıda avtobuslar pulsuz ola bilərmi?
Eye

“Hazırda Azərbaycanda nəqliyyatın qiymət siyasəti yanlışdır. Biz illərdir təklif edirik ki, nəqliyyatda gediş haqqına birdəfəlik ödəniş kimi baxılmamalıdır”.


"Bakupost" xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtidsadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, nəqliyyatda gediş haqqı zamana bağlı olmalıdır:

“Bütün nəqliyyat növlərində keçərli olan biletlər satılmalıdır. Bir saatlıq biletlərdən tutmuş bir illik biletlərə kimi. Təbii ki, bu, müxtəlif qiymətlərlə və tariflərlə tənzimlənməlidir. 1 saatlıq bilet o deməkdir ki, insan 1 saat ərzində istənilən marşrutu dəyişə bilər. Məsələn, avtobusa minir, metroya keçir və iş yerinə getmək üçün bir neçə nəqliyyat vasitəsindən istifadə edir. Yəni 1 saatlıq bilet alıb 3 nəqliyyat vasitəsindən istifadə edir, amma cəmi bir dəfə ödəniş edir. Bu nöqteyi-nəzərdən Azərbaycanda nəqliyyat siyasətinə və buna baxış tərzinə dəyişiklik edilməlidir”.

Ekspert qeyd edib ki, elə ailələr var ki, mövcud qiymətlər onların büdcəsinə ciddi təsir göstərir:

“Bəzi ailələr isə şəxsi avtomobilə üstünlük verirlər. İctimai nəqliyyat nə qədər əlçatan və ucuz olsa, ondan istifadə edənlərin sayı da bir o qədər artacaq. Bəzi şəhərlər var ki, ictimai nəqliyyatı hətta pulsuz ediblər. Məsələn, Estoniyada və Lüksemburqda belə bir təcrübə var. Polşanın 9 şəhərində isə nəqliyyat xərclərini bələdiyyə özü ödəyir. Bu nöqteyi-nəzərdən Azərbaycanda da nəqliyyat siyasətinə yeni baxış lazımdır”.

Şərhlər
  • B.Kolxozdar

    Yarım əsr öncə (bəlkə də müasir özəl maraqlıların rəva bilmədiyi?) Məsləhətli Sosialist (Sovet) dövründə çoxtutumlu şəhər ətrafı bir neçə dəqiqə fasiləli Elektriçka, sonra onu ixtisara salan metro və avtobuslar hamısına keçərli vahid aylıq 5 manatlıq bilet-kartlara işləyirdilər! *Hər istifdədə ödənişsiz-Pulsuz ictimai nəqliyyata minmək belə zor-*çətin olur*unu da, elə sovetin son illərində keçmişik!? Biz-deyəndə, təbii ki, bir nəfər deyil, hansısa birlik təklif edir? Ölkəmizin vətəndaşlarına hələ günəş batmamış, göy üzü bulanmamış, nəinki leysan, ildırımlar çaxmamış xəbərsiz olduğu separat işğal bölgüsünə məruz Azərbaycanımız sanki öz düşüncəsinə ilkin 1918ci il geniş müstəqilliyinə qovuşurmuş? Uzaq (təxribatçı) dəstəkçilər Kremli və digər müttəfiqləri Azərbaycana qarşı qoymaq üçün *Bakı İran bayrağını qaldırıb!* xəbərini sutkalarla yayımlayırdılar? Azərbaycana Suverənlik şüarlayan elə həmin *Azadlıq Carçıları* hələ də etnik-kütləvi deport və Qarabağın da (tarixin də ən vəhşi!) hərbi dəstəklənən kütləvi etnik-genosid cinayətlərinin mühakiməsinə kəskin müqavimət göstərir, Avropa Hüquq dairələrinin Azərbaycanla münasibətlərinin Özü tərəfindən pozulmasına çalışmırlarmı? Əlbəttə, geniş ərazi boyu dünyəvi rəqabətli hər kənd-rayonda ən müasir artan təlləbat kompleksləri quracaq Mərkəzi Azərbaycan Bakı göydələnləri ilə əski *Kapitalist* dünyasının ənrisli təmərküzünə, tıxacına toplanıb? Rayonlarda ən 2031ci ilədək eyni işə görə əmək haqlarını Abşerondakından azı 33-45% yüksək müəyyənləşdirmək tıxaclardan saf iqlimə doğru ilkin çıxış tərəqqisi deyilmi?

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar