Ru
23:55 / 28 May 2024

Bakıda avtomobil süpürgəçini vurub öldürdü, ofisiant yaralandı

Bakıda avtomobil süpürgəçini vurub öldürdü, ofisiant yaralandı
Eye

Bakının Nərimanov rayonunda ağır yol qəzası qeydə alınıb.

Bakupost.az xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

Belə ki, yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı avtomobil yolu süpürən qadını vurub.

Zərbənin təsirindən qadın yol kənarında dayanan “Şuşa” restoranın ofisiantı 1999-cu il təvəllüdlü Heydərov Şəhriyar Namiq oğluna çırpılıb.

Ş.Heydərovun başı beton plitəyə çırpılıb. Süpürgəçi qadın hadisə yerində dünyasını dəyişib.

Ş.Heydərov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar