Ru
19:41 / 26 Noyabr 2023

Bakıda azyaşlı qızı məktəbdə bu hala düşdü - FOTO

12976
Ramanadaki 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdi olan qız döyülüb.

Bakupost.az xəbər verir ki, bu barədə jurnalist İntiqam Valehoğlu sosial şəbəkədə bildirib.

"Ramanadaki 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdini bu vəziyyətə qoyublar. Direktor Svetlana Nəbiyeva uşağın valideyni ilə " anlaşmağa" çalışır", - deyə jurnalist bildirib.

Qeyd olunur ki, gözündən ağır xəsarət alan azyaşlı üçün təcili yardım çağırmadığı da bildirilir.

Onun digər məktəbli ilə toqquşaraq xəsarət aldığı deyilsə də, anası Təranə Məmmədzadə bunun doğru olmadığını bildirib. O, məsələ ilə bağlı polisə şikayət edib.

Məktəbdən bildirilib ki, 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub.

Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə, ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.

Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.

Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.

Nilay, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar