Ru
16:17 / 24 Fevral 2023

Bakıda qadını qaçıran şəxslər saxlanıldı - Yenilənib-VİDEO

Bakıda qadını qaçıran şəxslər saxlanıldı -  Yenilənib-VİDEO
Eye

Bakıda qadının zorla avtomobilə mindirilməsini əks etdirən görüntülər yayılıb.

Bakupost.az unikal-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib.

Görüntülərdə 3 nəfərin qadını zorla "Opel" markalı avtomobilə mindirdiyi görünür.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, görüntülər araşdırılıb:


“Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar. Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir”.


15:32
****

Bakıda xanıma qarşı zorakılıq edən şəxslər saxlanılıb.

Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.


Bildirilib ki, araşdırmalar davam etdirilir.



Şərhlər
  • t.ədalət

    Xanım,görünür başqa bir eşqin peşindədir..

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar