Ru
09:45 / 31 İyul 2024

Bakıda gəmidə yanğın - 40 nəfər təxliyə edildi - Yenilənib

Bakıda gəmidə yanğın - 40 nəfər təxliyə edildi -  Yenilənib
Eye

***

09:16


Bakıda gəmidə yanğın baş verib.


Bakupost.az -ın məlumatına görə, hadisə "Qərbi Çıraq" platformasının yaxınlığında qeydə alınıb. Yanğın gəminin mühərikindən başlayaraq, qısa müddət ərzində digər hissələrə də yayılıb.


Yanğın zamanı gəmidəki şəxslər təxliyə edilərək təhlükəsizliyə köçürüldü. Təxliyə prosesində digər bir gəmi istifadə edilib.

Yanğının səbəbləri hələlik məlum deyil, lakin müvafiq xidmətlər hadisə yerində təhlükəsizliyi təmin edir və yanğının tamamilə söndürülməsi üçün işlər davam etdirilir. Eyni zamanda, gəmidə baş vermiş ziyan və müvəqqəti təhlükəsizlik tədbirləri ilə bağlı araşdırmalar aparılır.


***
09;45

Xəbər verdiyimiz kimi, Bakıda gəmidə yanğın baş verib.

Bakupost.az xəbər verir ki, yanğın "CASPİAN POWER" gəmisində baş verib.


"CASPİAN CHALLENGER" gəmisi vasitəsilə 40 nəfər təxliyə edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar