Bakıda marketlərdən birində məhsulların üzərindəki qiymət etiketləri ilə bağlı maraqlı görüntülər yayılıb.
“Bakupost”un redaksiyasına göndərilən videoda “Life” markasına məxsus duzlu araxis və pişik yemlərinin üzərində endirimli qiymət etiketlərinin olduğu görünür. Lakin müştəri etiketləri qaldıraraq endirimli qiymətlərin əvvəlki qiymətlərlə eyni olduğunu göstərib.
Vətəndaş oxşar hallara digər mağazalarda da rast gəldiyini bildirir. O, görüntüləri hansı marketdə lentə aldığını açıqlamadı.
Lalə, BakuPost