Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:48 / 27 Noyabr 2024

Bakıda masasına əyləşmədiyi üçün ofisant qızı vuran şəxsə HÖKM OXUNDU

965
Xuliqanlıqda təqsirləndirilən Elşad Bəşirovun (şərti) cinayət işi üzrə istintaq yekunlaşıb.

Bakupost.az Pravda.az-a istinadən xəbər veriri ki, Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Bəşirov üç ay müddətinə azadlıqdan məhrum edilib və iclas zalında həbs olunub.

İttihama görə, hadisə bu il Nizami rayonu ərazisində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Elşad Bəşirov sərxoş halda olarkən orada ofisiant işləyən zərərçəkmiş Aylin Quliyevaya (şərti) onunla birlikdə masaya əyləşməsini təklif edib. Lakin qızdan rədd cavabı alıb. Bu zaman təqsirləndirilən şəxs Aylinə qarşı zor tətbiq edib, baş nahiyəsinə bir dəfə yumruqla vurub.

Hadisədən sonra Elşad Bəşirov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar