Ru
17:30 / 20 May 2022

Bakıda maşınlar toqquşdu: "Gelandewagen” aşdı - FOTO

Bakıda maşınlar toqquşdu: "Gelandewagen” aşdı -  FOTO
Eye

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.


Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Yusif Səfərov küçəsindən Neftçilər prospekti istiqamətindəki yolda qeydə alınıb.


“Opel” markalı avtomobil “Mercedes Gelandewagen” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes Gelandewagen” aşıb.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, hadisə yerinə yol polisinin əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən götürülüb.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar