Ru
12:34 / 05 Oktyabr 2026

Bakıda məktəbin qarşısında faciə: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında faciə:  18 yaşlı gənc öldürüldü
Eye

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.

“Bakupost”un əldə etdiyi məlumata görə, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

TƏBİB-dən "Bakupost"un sorğusuna cavab olaraq bildirildi ki, dünən saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb".

Lalə Novruz, BakuPost


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar