Ru
10:55 / 09 Oktyabr 2024

Bıçaqlanan müğənninin vəziyyəti necədir ? - Yenilənib - VİDEO

Bıçaqlanan müğənninin vəziyyəti necədir ? - Yenilənib -  VİDEO
Eye

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, paytaxtın Binəqədi rayonu 1-ci mədən yaşayış massivi ərazisində 1985-ci il təvəllüdlü Vüqar Namazov bıçaqlanıb.

Bıçaq xəsarəti alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat edilib. Onun həyatını xilas etmək mümkün olub.

Bildirilir ki, özü də müğənni kimi fəaliyyət göstərən Vüqar Namazov ifaçı Ülviyyə Namazovanın qardaşıdır. Onlar adətən duetlər ifa edirlər.

V.Namazovu bıçaqlamaqda şübhəli bilinən şəxs isə onun qonşusudur. İlkin məlumata əsasən, hadisə tərəflər arasında baş vermiş münaqişə zəminində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.


***

BTV bıçaqlanan müğənni Vüqar Namazovun son durumu ilə maraqlanıb.

Bununla bağlı Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmmədov BTV-yə açıqlama verib.

Ətraflı videoda:





Bıçaqlanan müğənninin vəziyyəti necədir ? - Yenilənib -  VİDEO
Bıçaqlanan müğənninin vəziyyəti necədir ? - Yenilənib -  VİDEO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar