Ru
14:57 / 23 Sentyabr 2022

Anasına işgəncə verən oğul polisə çağırıldı - Yenilənib - VİDEO

Anasına işgəncə verən oğul polisə çağırıldı - Yenilənib - VİDEO
Eye

***

14:57


Bakıda işgəncəyə məruz qaldığı bildirilən qadınla bağlı video 7 ay əvvəl çəkilib.


Bu barədə Bakupost.az -a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib.


Sosial şəbəkə və xəbər portallarında oğlu və gəlini tərəfindən yaşlı qadına qarşı qeyri-insani rəftar olunması ilə bağlı görüntülərin yayıldığını xatırladan T.Mərdanoğlu bildirib ki, dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb.


Onun sözlərinə görə, ünvan müəyyən olunub və qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub.

Məlum olub ki, videoda əksini tapan görüntülər yeddi ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır.


Faktla bağlı araşdırmalar davam etdirilir.


***

12:18


Azərbaycanda 90 yaşlı qadına işgəncə verilir.



Bakupost.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.


Məlumata görə, Bakının Buzovna qəsəbəsində Şərabanu adlı 90 yaşlı qadına oğlu və gəlini evdə işgəncə verir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ araşdırılır.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar