Ru
08:52 / 09 Sentyabr 2023

"Qanun"dan yeni sərgi: “Dərsə kitabla gedin”

20850
9-17 sentyabr tarixlərində “Qanun” Nəşrlər Evinin akt zalında yeni kitab sərgisi keçiriləcək.

Bakupost.az xəbər verir ki, “Dərsə kitabla gedin” adlanan sərgidə qiyməti dəyərindən dəfələrlə ucuz minlərlə kitab satışa çıxarılacaq.

Beş yüzdən çox adda kitabı isə 1, 2, 3 manata almaq mümkün olacaq.

Satış-sərgidə Azərbaycan, türk, rus və ingilis dillərində bütün kitablara 20 faizdən 70 faizədək endirim tətbiq ediləcək.

Sərgi hər gün səhər saat 10-dan axşam saat 20:00--dək davam edəcək.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər