Ru
11:26 / 31 Mart 2023

Bakıda silahlı cinayətlər artır: "Sistem təkmilləşdirilməlidir" - Açıqlama

4298
"Azərbaycanda "Təhlükəsiz şəhər" sistemi 2009-cu ildən fəaliyyət göstərir. Bu sistem daxilində biometrik identifikasiya, video müşahidə və s . tipli alt sistemlər mövcuddur. Bu sistemlər axtarılan şəxsi seçməyə və izləməyə imkan verir. Eyni zamanda "Təhlükəsiz şəhər" sistemi vasitəsilə saxta nömrəsi olan avtomobili və sahibini müəyyən etmək mümkündür".



Bunu Bakupost.az -a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Ekspert qeyd edib ki, əvvəllər DİN-in müşahidə kameraları yalnız əhalinin sıx hərəkətdə olduğu küçə və prospektlərdə, parklarda, idman kompekslərində quraşdırılırdı:

"Hazırda isə müşahidə kameraların sayı və keyfiyyəti xeyli artırılıb. Son açıqlanan məlumatlara görə, Bakı şəhərində "Təhlükəsiz şəhər" sistemi üçün təxminən 2300 nöqtədə 7 min müşahidə kamerası istifadəyə verilib”.

O.Gündüz qeyd edib ki, inkişaf etmiş ölkələrdə müşahidə perimetrinə daxil olan ərazilər, hər 100 nəfərə düşən kamera sayı hədsiz yüksəkdir:

"Beynəlxalq təcrübə, inkişaf etmiş ölkələrdə bu istiqamətdə atılan addımlara nəzəar saldıqda görmək olar ki, ictimai təhlükəsizliyin qorunması və cinayətkarlığa qarşı mübarizədə "Təhlükəsiz şəhər" sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var: Azərbaycanda “"Təhlükəsiz şəhər" layihəsi çərçivəsində videomüşahidə infrastrukturunun qurulması DİN, FHN, yerli icra qurumları, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Lakin görünən odur ki, bu infrasturkturun inkişaf etdirilməsi və dayanıqlığı ilə bağlı çatışmazlıqlar var. Müasir çağırışlar da tələb edir ki, "Təhlükəsiz Şəhər"in əhatə dairəsi genişləndirilməli, bu məqsədlə Yol xəritəsi hazırlanmalıdır".

Ekspert hesab edir ki, yeni tikilən bina və obyektlərin təhvil-təslimində "Təhlükəsiz Şəhər"ə qoşulan videomüşahidə sisteminin mövcudluğu təmin edilməlidir:

"Qaydalar bunu tələb edir. Lakin bu tələbin icrası istiqamətində problemlər var. DİN sistemin operatoru kimi bu prosesdə daha yaxından iştirak etməlidir. Müasir dünyanın çağırışlarına uyğun olaraq "Təhlükəsiz şəhər" sisteminə hətta maskada olan cinayətkarları identifikasiya etməyə imkan verən müasir video-müşahidə sistemləri, təmassız biometrik texnologiyalar quraşdırılmalıdır. Son zamanlar ölkədə baş verənlər göstərir ki, "Təhlükəsiz şəhər" tipli sistelmlər ictimai təhlükəsizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edir. Odur ki , hökumətin bu məsələləri yenidən gündəmə gətirməsi, resurslar ayırması və təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi faydalı olardı”.

Sevinc
BakuPost
Şərhlər
  • Ramin

    Besdirin sen allah, bir qalmisdi yataq otagimiza ve tualetimize de kamera qoyasiniz. Niye sovet vaxti cinayetler az idi ? Cunki dolanma var idi, erzaqlar ucuz ve el catan idi. Esas dolanmani yaxsilardirin her sey qaydasina dusecek, kameraya ehtiyac qalmayacaq, problemin kokune getmek lazimdir. Bataqligi qurutmaq lazimdir, neinki agcaqanadlari oldurmek.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər