Ru
16:00 / 30 Mart 2023

Bakıda silsilə sui-qəsdlər: "Əsas diqqət etməli olduğumuz məsələ..." - Açıqlama

Bakıda silsilə sui-qəsdlər: "Əsas diqqət etməli olduğumuz məsələ..." - Açıqlama
Eye

“Cənubi Qafqazda baş verən proseslər, İranın Azərbaycana münasibəti, Rusiya və Ermənistandan gələ biləcək təhlükələr nəzərə alınmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir".





Bunu Bakupost.az -a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev son vaxtlar Bakıda baş verən sui-qəsdlərə münasibət bildirərkən deyib.


Ekspert indiki dönəmdə təhlükəsizlik məsələlərinin ön planda tutulmasını vacib sayır:


“Düzdür, hüquq-mühafizə orqanları, təhlükəsizlik qurumları öz üzərinə düşən vəzifələri yerinə yetirir. Azərbaycanda kriminogen durum nəzarət altındadır. Amma ictimai-siyasi, hərbi xadimlərin, mülki şəxslərin hədəfə çevrilməməsi üçün qabaqlayıcı tədbirlər görmək lazımdır. İctimai məkanlar, iş yerləri, ümumiyyətlə, bütün fəaliyyət sahələrinə təhlükəsizlik baxımından diqqət ayırılmalıdır. Ən çox diqqət etməli olduğumuz məsələ budur. Söhbət insan həyatından gedir”.


Aynur İbrahim
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar